Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, köhnə mebelin tərkibində olan kimyəvi maddələr hamilə qalma prosesinə maneə törədir. Aranızda kimin nənə və babasından yadigar qalan qədim köhnə mebellər varsa, ehtiyatlı olsun.
“Medicina” xəbər verir ki, aktrisa Sienna Miller evindəki mebellərin 80%-nin ikinci əl olduğunu, internet auksionları vasitəsilə aldığını etiraf edib.
"Mən bunları sevirəm, hər birinin arxasında bir hekayə var" - deyə aktrisa etiraf edib.
Berkli universitetinin alimləri tərfindən aparılan araşdırmalara görə, qadınların qanında yüksək səviyyədə PBDE aşkar edilərsə, onların müvəffəqiyyətlə uşaq dünyaya gətirmə şanslarının 50% azaldığını göstərib.
Polibromlu difenol efirləri o zamanlar mebel istehsalında və digər xalça məmulatında istifadə olunurdu. Zaman keçdikcə bu efir müəyyən problemlərə gətirib çıxardır.
Bunlardan biri də qeyd etdiyimiz kimi qadın sonsuzluğudur.
Oxu24.com
ŞƏRHLƏR