Son 20 ilin ən möhtəşəm sirk şousu - DZİVA"nın nümayişi zamanı şir və pələnglər aqressivlik nümayiş etdiriblər. Hətta izləyicilər arasından yerindən qalxıb qaçanlar da olub.
Təlimçilərin dərhal reaksiyası nəticəsində təhlükənin qarşısı alınıb. Bu barədə APA İnformasiya Agentliyi xəbər yayıb.
Məlumata görə, sosial şəbəkərlərdə Bakı Dövlət Sirkində tamaşa zamanı heyvanların aqressiv davranışının qorxulu anlara səbəb olması ilə bağlı görüntülər yayılıb.
Məsələ ilə bağlı Bakı Dövlət Sirkindən agrntliyin sorğusuna cavab olaraq bildirilib ki, sirkdə səhnə ilə tamaşaçılar arasında qoruyucu sərhəd var. Ona görə də sözügedən hadisə zamanı tamaşaçılar üçün hər hansısa təhlükə olmayıb.
Həmçinin qeyd olunub ki, heyvanların aqressiv reaksiya verməsinə səbəb seyrçilərdən birinin tamaşa boyu lazer vasitəsilə onların gözünə işıq salması olub.
O da əlavə olunub ki, heyvanların bu cür aqressiv hərəkəti ilk dəfə baş verib.
Oxu24.com
ŞƏRHLƏR