Nigeriyanın cənubunda neft oğurluğu zamanı boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Oxu24.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Rivers ştatının rayonlarından birinin səlahiyyətli nümayəndəsi Çidi Lloyda istinadən məlumat yayıb.
Daha əvvəl polis 12 nəfərin öldüyü barədə məlumat vermişdi. Lloydun sözlərinə görə, insanlar oğurlanmış nefti yük maşınlarına yükləyərkən ölüblər.
Partlayışdan sonra boru kəmərinə bağlanan yerdə yanğın başlayıb və uzun müddət söndürülə bilməyib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR