Rusiyanın Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Oxu24.com xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.
Məlumata görə, ölənlərdən biri körpədir. Daha öncə səkkizaylıq qızın ailəsi ilə birgə həlak olduğu bildirilmişdi.
Xilasedicilər 11 nəfər, həmçinin 4 pişik və iti qurtara biliblər.
Qeyd olunub ki, ərazidə axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, martın 2-də səhər saatlarında Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasını atəşə tutub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR