Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı tviterdə qeyd edib.
BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransında iştirak etmək üçün Qətərdə səfərdə olan türkiyəli diplomat zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkürünü bildirib:
“Əminə xanım Ərdoğanın başlatdığı “Sıfır tullantı” təşəbbüsümüzü, Ukraynadakı durumu və İstanbul taxıl sazişini müzakirə etdik”.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR