13:08
Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bununla bağlı Qaradağ Rayon Məhkəməsində qərar qəbul olunub. Belə ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən meyxanaçının həbs müddətinin daha 2 ay uzadılması ilə bağlı təqdimat təmin edilib.
-------
11:39
Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün növbəti dəfə məhkəməyə gətirilib.
Xatırladaq ki, R.Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə yetirib. Qətli törədəndən sonra R. Dağlı könüllü olaraq polisə təslim olub və qətl hadisəsini törətdiyini etiraf edib. Qaradağ rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Oxu24.com
ŞƏRHLƏR