Xalq artisti Röya Ayxan qaşına tük əkdirib.
OXU24.COM bizim.media-ya istinadən bildirir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Estrada ulduzu paylaşdığı video açıqlamada bildirib ki, dörd il əvvəl yıxılaraq qaşından zədə alıb. Bundan sonra qaşında çapıq əmələ gəldiyi üçün hər dəfə makiyaj etdiyində oranı süni tüklərlə doldurub.
"Qaşlarım hər zaman gəşəng, amma seyrək olub. Nəyimiz var ona da şükür etmişik. Dörd il əvvəl yıxıldım. Bundan sonra qaş nahiyyəmdə çox böyük çapıq əmələ gəldi. Heç xəbəriniz yoxdur, amma Allah məni o hadisədən qorumuşdu. Qaşların üstünə qoyulan birdəfəlik tüklərdən heç razı deyiləm. Düzdür, gözəldir, amma baxır kimin üçün və necə.
Fikrimcə tükün yerinə tük çıxmalıdır (gülür). Hüseyn həkimlə çapıq olan nahiyyəmə tük əkdirdik. Düzdür hazırda əkilən həmin tüklər tökülür. Amma sonra yenidən tüklər çıxacaq.
Çox güman ki, yenidən yoxlanılacağam. Bilək ki, tük özünü tutdu, yoxsa tutmadı. Çapığın tükləri qəbul edib, etmədiyindən xəbərim yoxdur. Nəyiniz var, ona da şükür edin. Yoxsa, mənim kimi oranıza-buranıza əl gəzdirməli olacaqsınız. Hər zaman gözəllikdə", - deyə Röya vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR