Ukrayna məhkəməsi ötən il martın əvvəlində təyyarəsinin Xarkov yaxınlığında qəzaya uğradığı deyilən rus hərbi pilotu 12 il müddətinə azadlıqdan məhrum edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin pilotu müharibə qanunlarını və adətlərini pozmaqda təqsirli bilinib. O, 12 il müddətinə azadlıqdan məhrum edilib”, - deyə məlumatda bildirilir.
Pilotun adı açıqlanmır.
Bundan əvvəl Ukrayna Baş Prokurorluğu rusiyalı hərbi pilota qarşı işin məhkəməyə göndərildiyini, pilotun da adının çəkilmədiyini bildirmişdi. Rusiya hüquq-mühafizə orqanları mətbuata bildiriblər ki, söhbət mayor Aleksandr Krasnoyartsevdən gedir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR