Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83752
az

Rusiyaya casusluq edən amerikalılar həbs edilib

20:5502 Mart, 2023
78
DÜNYA
  • A

Kanzas-Siti şəhərində ABŞ-ın ixrac nəzarətini pozaraq aviasiya texnologiyalarını Rusiyaya ötürən iki ABŞ vətəndaşı saxlanılıb.

Oxu24.com Reuters agentliyinə istinadən   xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Metyu Akselrod bildirib.

O qeyd edib ki, Ticarət Nazirliyi bu iş üzrə FTB və Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edir, lakin həbslərin təfərrüatlarını açıqlamayıb.

Onun sözlərinə görə, Ticarət Nazirliyinin nümayəndələri də ABŞ Baş Prokurorluğunun ofisi ilə əlaqə saxlayıblar.

İxrac nəzarəti məhdudiyyətləri ABŞ tərəfindən Rusiyanın hərbi məqsədlər üçün istifadə oluna biləcək texnologiyaya girişinin qarşısını almaq üçün qoyulur. Tədbirlər iqtisadiyyatın aerokosmik, müdafiə və dəniz sektorlarına yönəlib.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə öz dronlarını ABŞ-a təklif edir
Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin bir tankını və iki haubitsasını məhv edib
Rusiyada dövlət mükafatları üzrə komissiyanın tərkibi yenilənib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı