Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83749
az

Lalə Azərtaş Hacı Şahindən danışıb ağladı  - VİDEO

12:4003 Mart, 2023
591
OXU24 TV
  • A

"Onun da müddəti çox qısa oldu, çünki 48 il çəkdi. Mən buna həyatdan doymamış gedilən nakam ölüm deyərəm. Yerinə yetməmiş arzumuz var idi. Artıq həyatda yoxdur. Üstüörtülü deyəcəyəm, çünki yerinə yetməmiş arzudan danışmağa dəyməz və onu həyata keçirməyə gücüm yoxdur. İki arzumuz vardı, biri Şuşada Yuxarı Gövhərağa məscidində namaz qılmaq idi. O yerinə yetdi, digəri isə yox, çox təəssüf". 

Bu sözləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində bu gün vəfat edən Hacı Şahin Həsənli ilə bağlı danışarkən deyib. O, ilahiyyatçı haqda xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyib: 


"Bu gün Hacıyla vidalaşmağa getmişdim, insan axını var idi. Onunla xudahafizləşəndə qulağına dedim ki, bizim ikinci arzumuz yerinə yetmədi, təəssüf. Sağ olsaydı, inanıram ki, "Heç üzülmə, Allah belə məsləhət görüb" deyərdi. İmkanım olsaydı, bircə kəlmə soruşardım. Hansı hissləri keçirdin ki, votsapda bu sözləri yazdın?".

Qeyd edək ki, ilahiyyatçı ölümündən bir neçə saat əvvəl vatsap statusunda Xalq şairi Ramiz Rövşənin şeirindən "Mən bu ağlamalı, mən bu gülməli dünyaya ağlayıb-gülməyə gəldim. Bir dünya tapılmaz bundan ölməli, mən də tamahlanıb ölməyə gəldim" misralarını yazıb. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü