Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83725
az

3 günlük Bakı dumanı - Zəlzələ öncəsi vəziyyət, yoxsa...

23:2902 Mart, 2023
152
CƏMİYYƏT
  • A

Türkiyədəki zəlzələdən sonra əksər vətəndaşlarda fobiya yaranıb. Havanın dumanlı olmasını da zəlzələ öncəsi bir durum kimi qiymətləndirənlər var.

Bu fobiyadan necə qurtulmalı?

OXU24.COM  xəbər verir ki, psixoloq Azad İsazadə Musavat.com-a açıqlamasında bildirib ki, bu məsələyə tam obyektiv qiymət vermək çətindir:

"Çünki yeni yaranmış bir haldır. Sonuncu dəfə 2000-ci ildə zəlzələni yaşamışıq. Həmin vaxt fobiya ilə rastlaşırdıq, amma böyük dağıntı olmadığına və zəlzələ qurbanları praktiki olmadığına görə qorxu hissi tez aradan qalxdı. Biz hazırda fobiyaların ancaq görünən tərəflərini qiymətləndirə bilərik. Sosial şəbəkələrdə daha çox aqressiya ilə rastlaşırıq. Bu da fobiyadan qaynaqlanır, amma daha dərin fobiyaların nümunəsi deyil. Xeyli sayda insan da var ki, biz onları görmürük, reaksiyalarını bilmirik. Depressiya, apatiya, qorxu, həyəcanla yaşayan insanlar da az deyil. Ancaq sosial şəbəkələrdə qorxularını izah etməkdən çəkinirlər. Ona görə də 2 reaksiya ilə rastlaşa bilərik - az miqdarda aqressiya, aktivlik və əksinə, süst, fatalist formada qorxu keçirmək.

Vətəndaşlara nə qədər çox bir-birinə zidd olmayan, obyektiv məlumat verilsə, onlar özlərini nisbətən sakit hiss edərlər. Bakı 3 gün duman içində idi. Amma dumanın səbəblərini heç kim ətraflı izah etmədi. Nəticə göstərdi ki, dumanın zəlzələyə aidiyyəti yoxdur. Amma 3 gün ərzində insanlar o qorxu ilə yaşayırdı ki, birdən zəlzələ olar. Dumanı ilk gündən izah etmək, maarifləndirmə aparmaq lazım idi. Cəmiyyət istəmir ki, Türkiyədəki kimi qəfil yaxalansın. 20 il ərzində yeni tikilmiş binaların dözümlü olub-olmaması hamını narahat edir. Bunu da hansısa formada izah etmək olar. Görsək ki, hansısa orqanlar bu binaların təhlükəsiz olub-olmamasını yenidən yoxlayır, bu, cəmiyyətə rahatlıq gətirə bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XX əsrin əvvəllərindəki nadir kitablar göstəriləcək

Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun
Zelenskinin yeni sülh planından gözləntiləri

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Günün ikinci faciəsi: qatar daha bir nəfəri vurdu