Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83676
az

Qəfil ölümün bioqrafiyası... - Hacı Şahin kim idi?

11:4902 Mart, 2023
956
ÖZƏL BÖLÜM
  • A

Bu gün səhər saatlarında tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin qəfil vəfatı onun kimliyi və şəxsiyyətinin ətrafında maraq yaradıb.

Oxu24.com  tanınmış ilahiyyatçının həyat və fəaliyyətilə bağlı vacib məqamları oxucuların diqqətinə çatdırır.

Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Texniki Universitetinin məzunu olan Hacı Şahin, ikinci təhsilini tarix üzrə Bakı Dövlət Universitetində alıb. O, eyni zamanda, fars və rus dillərini də bilirdi.

Təkcə dindarlar deyil, cəmiyyətin digər kəsimləri arasında da böyük nüfuza sahib olan Hacı Şahin, həm də ictimai xadim kimi fəaliyyət göstərirdi. O, sağlığında kütləvi tədbirlərdə, şəhidlərin dəfn mərasimində yaxından iştirak etməklə şəhid ailələrinə mənəvi dəstəyi ilə diqqət çəkirdi. Eyni zamanda Vətən müharibəsi dövründə hərbçilərin ruh yüksəkliyinin artırılmasında da rolu olub.

 

Hacı Şahinin fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. O, bu səbəbdən tez-tez maarifləndirici məqalələrlə də çıxış edirdi. Hacı Şahin bu mövzuda yazdığı bir neçə məqaləni də məhz “Qafqazinfo” ilə bölüşmüşdü.

Hacı Şahin son zamanlar Azərbaycan və İran arasında gərginləşən siyasi proseslər zamanı da açıqlamaları ilə diqqət çəkirdi. O, bu mövzuda son olaraq Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləmiş, İranın buna görə məsuliyyət daşıdığını demiş, “Xarici ölkələrdəki səfirliklər Azərbaycan ərazisidir və insan vətən uğrunda canını fəda edirsə, şəhiddir” açıqlaması ilə yadda qalmışdı.

 

Bu gün 48 yaşında vəfat edən alim, dini fəaliyyətinə 1991-ci ildən başlayıb. Bir il sonra isə paytaxtın Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani kimi fəaliyyət göstərib. 2001-ci ildən “Məşədi Dadaş” məscidində imam-camaat olub. 2014-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub. 

Hacı Şahin ailəli, dörd uşaq atası idi.

Allah rəhmət eləsin!

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

30 ildir öz evinə girə bilmir - Sumqayıtda məhkəmə qərarının icrasını kim yubadır?
Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Şəmkirdə “KaMaz” avtomobillə toqquşdu - Ölənlər var