Ermənistanın baş naziri Nikol Paşinyan martın 2-də Almaniyaya işgüzar səfərə gedib.
Oxu24.com “Aysor”a istinadən xəbər verir ki, o, Almaniya kansleri Olaf Şolts, ölkə Prezidenti Frank-Valter Ştaynmayerlə görüşəcək.
Hökumət başçısı Almaniyanın Beynəlxalq Münasibətlər Şurasına baş çəkəcək.
Martın 3-dək davam edəcək səfər zamanı onun başqa görüşlər keçirəcəyi də gözlənilir.
Səfərdə N.Paşinyanı həyat yoldaşı Anna Akopyan müşaiyət edir.
Oxu24.com
ŞƏRHLƏR