Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83658
az

50 il növbə ilə yatdılar - Siam əkizlərinin çətin ömrü - FOTO

23:3301 Mart, 2023
180
CƏMİYYƏT
  • A

Bir qayda olaraq Siam əkizləri arasında əsasən qızlar uzunömürlü olurlar.

Lakin OXU24.COM  təqdim etdiyi bu hekayədəki Ronni və Donni qardaşları qeyri - adi fiziki görünüşün gətirdiyi çoxlu problemlərə baxmayaraq, 69 il yaşamağı bacardılar və bu uzunömürlülüklə Ginnesin "Rekordlar" kitabına düşdülər.

Onlar 1951-ci ildə ABŞ-da Detroyt şəhərində doğulmuşdular. 4 əlləri, dörd ayaqları, bir cinsi orqanları və bir mədə bağırsaq sistemləri var idi. Buna görə onları ayırmaq mümkün deyildi.

Uşaqların anası doğum evində onları tərk edib getdi. Siam əkizlərinə bir müddət öncə boşanıb yeni ailə qurmuş ataları və ögey ana sahib çıxdı.

Düz 2 il klinikalarda onların üzərində tədqiqatlar aparıldı. Uşaqlar 29 aylıq olanda ayaq açdılar. İntellektual səviyyələri yüksək olsa da, onları heç bir yerdə məktəbə götürmürdülər. Kasıb ailənin imdadına "çirkinlər şousu" gəldi. Ataları uşaqları gəzdirib, nümayiş etdirməklə pul qazanır, əkizləri və daha 7 övladını dolandırırdı. Uşaqlar "ulduz"a çevrilmişdilər.  Bir iş yaxşı idi ki, bacı-qardaşları onlara daim qayğı ilə yanaşırdılar. Əkizlər müstəqil şəkildə tualetə gedə bilmir, ayaqqabılarını geyinməyi bacarmırdılar.

Əkizlər yeniyetməykən çox dalaşırdılar, lakin yaşa dolduqca dostlaşdılar. Ortaq maraqları çox idi və bir - birlərini idarə eləməyi, yola verməyi öyrəndilər. Detroyd sakinləri onları sevirdilər, tez-tez əkizlərin şərəfinə xeyriyyə gecələri keçirilir, toplanan vəsait onların  rifahına sərf olunurdu. Düz 50 yaşları olanda əkizlərə məhz onlar üçün hazırlanmış xüsusi çarpayı bağılşandı. Buna qədər əkizlər düz 50 il növbəli şəkildə yatmağa məcbur olmuşdular.

Ronni və Donni Qelionlar 2020-ci ildə vəfat etdilər. Onlar verdikləri çoxsaylı müsahibələr zamanı heç vaxt qüsurlu doğulduqları üçün təəssüf etdiklərini demədilər. 

Bu arada, Siam əkizlərinin ölməsi barədə də bir neçə söz demək yerinə düşər. Əkizlər həmişə deyirdilər ki, onlardan birinin xəstələnməsini digəri böyük faciə kimi qəbul edir. Çünki biri ölsə, digəri ondan bir gün sonra ölməyə məhkum olur. Canlı əkizin bədəninə yapışmış meyit digərini zəhərləyir. Bütün Siam əkizləri ömürlərini bu qorxu ilə keçirirlər. "Ona nəsə olsa, mən ölümə məhkumam".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün Bakıya sulu qar yağacaq -PROQNOZ
Tənhalığın gözlənilməz TƏHLÜKƏSİ -Bu vəziyyətə düşmə ehtimalı çoxdur

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video