Tehran iki alman diplomatını persona non-qrata elan edib.
Oxu24.com xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaaniyə istinadən məlumat yayıb.
"İran İslam Respublikasının prioriteti qarşılıqlı hörmət mühitində ünsiyyət qurmaqdır. Amma müəyyən tərəflər ölkəmizin əsas qaydalarına və milli suverenliyinə məhəl qoymağa çalışsalar, o zaman mütləq alternativ həll yollarından qaçmaq olmaz", - deyə Kənani bildirib.
Alman diplomatlarını persona non-qrata elan etmək qərarı İran hakimiyyəti tərəfindən fevralın 22-də Berlin ikili - alman və İran vətəndaşlığı olan Cəmşid Şarməhdin ölüm hökmünə cavab olaraq iki iranlı diplomatı ölkədən çıxardıqdan sonra qəbul edilib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR