Sumqayıtda 70 yaşlı kişi gəlinini və nəvəsini baltalayıb.
Hadisə şəhərin 4-cü mikrorayon adlanan ərazisində qeydə alınıb. 70 yaşlı Şahbala Mirzəməmmədov gəlini 40 yaşlı Sevinc Məhərrəmova və 9 yaşlı nəvəsinə balta ilə xəsarətlər yetirib.
Məlumata görə, Ş Mirzəməmmədovun oğlu Ruslan Mirzəməmmədov Rusiyada işləyir. Saxlanılan kişi ifadəsində gəlininin ərinə xəyanət etdiyini deyib.
Məsələ barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov
OXU24.COM -a bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:
“Hadisə zamanı 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır”
Oxu24.com
ŞƏRHLƏR