Finlandiya parlamenti ölkənin NATO-ya üzv olması ilə bağlı qanun layihəsini qəbul edib.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya hökumətindən bildirilib.
Qanunverici orqanın 184 deputatı qanun layihəsinin lehinə səs verib. 7 deputat isə ölkənin Alyansa üzvlüyünün əleyhinə çıxıb.
Qanunun qüvvəyə minməsi üçün Prezident Sauli Niinistö sənədi təsdiqləməlidir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR