Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83599
az

Kapital Bank sahibkar xanımlara güzəştli kredit təklif edir

11:5201 Mart, 2023
408
İQTİSADİYYAT
  • A

Kapital Bank sahibkar xanımlara güzəştli kredit təklif edir

 

Kapital Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq xanım sahibkarlar üçün güzəştli kredit kampaniyası keçirir. Kampaniya çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar mart ayı ərzində mikro-biznes kreditlərini 8% endirimlə əldə edəcəklər.

 

Təqdim olunan mikro kreditin maksimal məbləği 100 000 manat, müddəti isə 36 ayadəkdir. Xanım sahibkarlar Kapital Bank filiallarına, 196 Sorğu Mərkəzinə və //kapitalbank.az saytına keçid edərək mikro kredit əldə etmək üçün müraciət edə bilərlər. Həmçinin, 30 000 manat məbləğə qədər olan mikro kreditləri girovsuz və zaminsiz əldə etmək mümkündür.  Kampaniya 31 mart 2023-cü il tarixinədək edilən müraciətlər üçün keçərlidir.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident ehtiyat fondundan AAYDA-ya 10 milyona yaxın    pul    ayırdı
Qızıl və    gümüş    bahalaşdı
Komitə sədrindən pensiya artımı ilə bağlı  AÇIQLAMA

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video