Bakıda 14 yaşlı yeniyetmə bıçaqla hədələnib, telefonu əlindən alınıb.
Oxu24.com xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, yeniyetmənin anası polisə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs evlərinin yaxınlığında 14 yaşlı oğlunu bıçaqla xəsarət yetirəcəyi ilə hədələyərək 400 manat dəyərində mobil telefonunu alıb uzaqlaşıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən şəxsin Zöhrab Zeynalov olduğu məlum olub və o, saxlanılaraq şöbəyə gətirilib.
Faktla bağlı araşdırma aparılır.Report
Oxu24.com
ŞƏRHLƏR