Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83576
az

Rusiya Müdafiə Nazirliyi hücumla bağlı açıqlama yaydı

15:5528 Fevral, 2023
122
DÜNYA
  • A

Fevralın 28-də gecə saatlarında Ukrayna  Krasnodar diyarı və Adıgey Respublikasında mülki infrastruktura hücum etmək üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməyə cəhd edib.

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin elektron döyüş bölmələri PUA-ları aşkarlayıb. Hər iki dron məhv edilib. Bir PUA sahəyə düşüb, digəri trayektoriyadan çıxaraq hücuma məruz qalan mülki infrastruktur obyektinə düşüb”, -  deyə Müdafiə Nazirliyindən bildiriblər.

Müdafiə Nazirliyi hansı obyektlərin hücumun hədəfi olduğunu açıqlamayıb.


Fevralın 28-nə keçən gecə Krasnodar diyarının Tuapse şəhərindəki neft bazasında partlayışlar və yanğın baş verib.  Yanğın 200 kvadratmetr ərazini əhatə edib. 

Eyni zamanda, gecə saatlarında baza ərazisində pilotsuz uçuş aparatı müşahidə edilib. Burada Rosneft-in törəmə şirkəti olan Kubannefteprodukt obyekti də yerləşir.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb
Hərbçilər Sankt-Peterburqun müdafiəsini gücləndirir
Yunanıstana qaçmağa cəhd edən 3 FETÖ-çü yaxalanıb

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Keçmiş məhkum 15 min manatlıq dələduzluq etdi