Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83573
az

Həmin sürücü haqda qərar verildi - “Nigar məni təhqir etmişdi”

15:5828 Fevral, 2023
235
HÜQUQ
  • A

Fevralın 25-də Bakı şəhər Nəsimi rayonu ərazisində müğənni Nigar Camalla mübahisə edən sürücü ilə bağlı qərar verilib. 

Oxu24.com  xəbər verir ki, Göygöl rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Əliyev (şərti) Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə 24 yaşlı sürücü həbs edilməməsini xahiş edib. O, hadisə vaxtı Nigar Camalın yol hərəkəti qaydalarını pozduğunu iddia edib: ““Bolt” taksi şirkəti üzrə “Kia Ceed” markalı maşınla 28 May küçəsi ilə hərəkət edərkən Süleyman Rüstəm küçəsinə dönmək üçün sağ yola keçirdim. Bu zaman ağ rəngli “BMW” markalı avtomobilin sürücüsü, sonradan adının Nigar Camal olduğunu bildiyim şəxs siqnal verərək sağ zolağa keçməyimə mane oldu, o avtomobili öz yolu ilə sürərək mənə yol vermədi. Pəncərəni endirərək Nigar Camala yol verməməsi səbəbindən irad bildirdim. O isə məni nalayiq ifadələrlə təhqir etdi və telefonla videoçəkiliş aparmağa başladı. Əsəbiləşərək avtomobili saxladım, düşüb onu hansı səbəbə nalayiq ifadələrlə təhqir etdiyini soruşdum və ondan avtomobilin pəncərəsini aşağı salmasını tələb etdim.

Bu zaman arxa sol zolaqda olan sürücü mənə Nigar Camalın qadın olması səbəbindən mübahisə etməməyi tövsiyə etdi. Ona Nigar Camalın məni təhqir etməsini, yol vermədiyini bildirdim. Həmin şəxslə dialoq zamanı Nigarın maşını sürüb getmək istədiyini görüb ani olaraq əsəbiləşərək sürücü tərəfdə olan yan güzgünü əlimlə vurdum, o, avtomobili sürərək uzaqlaşdı. Hadisə təxminən 7-8 dəqiqə davam etdi. Sonradan onun avtomoblinə yaxınlaşmaqda məqsədim Nigarın çəkdiyi videogörüntünü sildirmək idi. Daha sonra polis əməkdaşları məni bölməyə dəvət etdikdə mən gecə saat 00:00 radələrində Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə könüllü şəkildə getdim. Qeyd olunanları nəzərə alaraq, barəmdə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirəm”.

Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda Orxan Əliyev barəsindəki protokola baxılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə 15 sutka inzibati həbs cəzası verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ