Dövlət qurumu
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
Son tarix 27 mar 2023 -
Əmək haqqı: 3000 AZN.
Öhdəliklər:
Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi;
Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
Mətbuatın gündəlik izlənilməsi;
Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması;
PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması.
Tələblər:
AR vətəndaşlığı;
24-32 yaş;
Minimal iş təcrübəsi – 1-3 il;
Hərbi mükəlləfiyyət ;
Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
Güclü kommunikasiya və təqdimat bacarığı;
Ali təhsil;
Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
Kollektivdə çalışmaq qabiliyyəti.
Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Oxu24.com
ŞƏRHLƏR