Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83543
az

Hələbdə 5,2 maqnitudada zəlzələ baş verib

20:1227 Fevral, 2023
134
DÜNYA
  • A

Suriyanın Hələb əyalətində 5,2 maqnitudada zəlzələ baş verib.

Oxu24.com  SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Seysmoloji Mərkəzindən bildirilib.

Məlumata görə, yeraltı təkanlar əyalətin mərkəzi Hələb şəhərindən 239 km şimal-şərqdə qeydə alınıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Çinlə açıq əlaqə kanallarını saxlamaq niyyətindədir
Rostov vilayətinə raket hücumu olub
13 nəfər dənizdə öldü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video