Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83533
az

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verilib

17:3527 Fevral, 2023
445
HƏRBİ
  • A

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.

Oxu24.com xəbər verir ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən bir neçə birləşmə və hərbi hissənin cəlb edilməsi ilə keçirilən təlimdə qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

Təlimin növbəti mərhələsində idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılıb, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılıb, praktiki fəaliyyətdə olan bölmələrin tapşırıqları dəqiqləşdirilib, bölmələr arasında qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanıb.

Qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.

Simulyasiya Mərkəzində keçirilən təlimin sonuncu mərhələsində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi icra edilib. Fəaliyyətlərin nəticələri təhlil edilən zaman müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyəti və komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar qəbuletmə bacarıqları yüksək qiymətləndirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənilər yenə Naxçıvanı ATƏŞƏ TUTDU
İlan 11 min insanı işıqsız qoydu
Hindistan təcili olaraq Amerika pilotsuz təyyarələri alır

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Şəmkirdə “KaMaz” avtomobillə toqquşdu - Ölənlər var