Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.
Onun sözlərinə görə, hadisə yerinə 400-ə yaxın xilasedici cəlb olunub.
Məlumata görə, axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə helikopterlə daşınıb.
Türkiyənin təhsil naziri Mahmut Özer isə bildirib ki, zəlzələ nəticəsində 22 bina çöküb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR