Artıq Rusiya Federasiyasının parçalanması başlayıb.
OXU24.COM Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Proqnozlarımız və analitik qənaətlərimiz belə nəticəyə gəlir ki, Rusiyanın parçalanması artıq başlanmış bir prosesdir. Amma Qərb bununla razılaşmaq istəmir", - Ukrayna rəsmisi bildirib.
Danilovun fikrincə, Qərbin bu mövqeyi yanlışdır və Rusiyanın parçalanmasına hazırlaşmağa çağırıb.
O, fikrini belə izah edib ki, sahib olduğu nüvə silahları hər an Rusiyada hərbi qruplaşmalardan birinin nəzarətinə keçə bilər.
"Rusiya parçalanmayana, bu dəli qonşu məhv olmayana qədər heç bir müharibə dayana bilməz", - Danilov söyləyib.
Oxu24.com
ŞƏRHLƏR