Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83484
az

Məhkumlar nikaha necə daxil ola bilərlər? - HÜQUQİ YARDIM 

16:0625 Fevral, 2023
199
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdm etdiyimiz mövzu  məhkumların evlənməsi qaydası ilə bağlıdır.

 

Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci maddəsinə əsasən nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Qanun humanist mövqedən yanaşaraq məhkumlara və barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərə münasibətdə də bu hüququ tanıyır. Məhkumlarla və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikah cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanalarının olduğu yer üzrə Qeydiyyat şöbəsi tərəfindən qeydə alınır.

Məhkumun arzusu ilə nikahın qeydə alınma qaydası

Nikah bağlamağı məhkum arzu edirsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onu müəyyən olunmuş forma üzrə nikah haqqında ərizə blankı ilə təmin edir. Məhkum ərizənin özünə aid hissəsini doldurduqdan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyəti ərizədə göstərilən məlumatları məhkumun şəxsi işindəki sənədlərlə tutuşdurur, onun imzasını və ərizədə göstərilən məlumatların doğruluğunu (cəzaçəkmə müəssisəsi rəisinin imzası və möhürlə) təsdiq edir. Bundan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyəti ərizəni məhkumun nikaha daxil olmağı arzu etdiyi şəxsə göndərir. Belə ərizəni alan şəxs nikah bağlamağa razı olduqda, özünə aid hissəsini doldurur və Qeydiyyat şöbəsinə şəxsən təqdim edir.
Qeydiyyat şöbəsi nikah haqqında birgə ərizəni qəbul edərək nikahın qeydiyyatı gününü və vaxtını cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə razılaşdırmaqla müəyyən edir, bu barədə nikah bağlayan şəxslərə, o cümlədən məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə qabaqcadan məlumat verir. Məhkumla nikahın qeydiyyatı nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin Qeydiyyat şöbəsi ilə razılaşdırmaqla müəyyən etdiyi yerdə (binada, otaqda) həyata keçirilir.

Digər tərəfin təşəbbüsü ilə nikahın qeydə alınma qaydası

Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrası zamanı məhkumlarla, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınmasını digər tərəf arzu etdikdə, nikahın qeydə alınması yuxarıda göstərilənlərə uyğun olaraq ümumi qaydada həyata keçirilir.

Hazırladı: Rüxsarə Məmmədova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib
Vəkillər Kollegiyasının futbol komandaları mötəbər beynəlxalq turnirində mükafatlar qazandı
"Qardaş ölkələrin təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir"- Kamran Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video