Fenomen nağara ifaçısı Handevi Gündoğan evinin bağçasında yanaraq ölüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Antalyanın Kəpəz rayonunda yaşayan və nağara çalarkən çəkdirdiyi videolarla fenomenə çevrilən 46 yaşlı Handevi Gündoğanın yanmış meyiti tək yaşadığı fərdi yaşayış evinin bağçasında tapılıb.
Sonuncu dəfə gecə yarısından sonra evinin qarşısında yandırdığı odunla isinərkən görüntülənən Gündoğanın ölümü ilə bağlı araşdırma başlanıb.
Onu evinin bağçasında yerdə uzanmış vəziyyətdə qonşuları tapıb. Xəbərdarlıq üzərinə ünvana polis və sağlamlıq qrupları sövq edilib. Həkimlərin apardığı nəzarətdə Gündoğanın bədəninin tamamilə yandığı və öldüyü müəyyən edilib.
Oxu24.com
ŞƏRHLƏR