Tehranın Bəşər Əsəd rejimi ilə İsrailin hücumlarına qarşı Suriyaya "Xordad 15" hava hücumundan müdafiə və elektron döyüş sisteminin ixracı ilə bağlı razılığa gəldiyi bildirilib.
OXU24.COM Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Suriyadan yüksək səviyyəli hərbi rəsmilər, o cümlədən müdafiə naziri Əli Mahmud Abbas bu yaxınlarda İrana səfər edib. Səfər çərçivəsində molla və Əsəd rejimlərinin İsrailin hava hücumlarına qarşı Tehrandan Dəməşqə hava hücumundan müdafiə və elektron döyüş sistemlərinin ixracı mövzusunda razılığa gəldiyi bildirilib.
"Suriya öz hava hücumundan müdafiə şəbəkəsi və döyüş təyyarələri üçün dəqiq idarəolunan bombaları yenidən konfiqurasiya etməlidir. Suriyanın hava hücumundan müdafiəsini gücləndirmək üçün böyük ehtimalla İran radarlarının və "Xordad 15" sistemi kimi müdafiə raketlərinin Suriyaya tədarükünə şahid olacağıq", - məlumatda deyilib.
Oxu24.com
ŞƏRHLƏR