Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83442
az

Azərbaycanda tükürpədici hadisə: Quduzlaşmış it bir nəfəri öldürdü,iki nəfəri yaraladı

16:0225 Fevral, 2023
164
REDAKTORUN SEÇİMİ
  • A

Masallıda iki it üç nəfərə hücum edib. Onlardan biri dünyasını dəyişib, digər iki nəfər isə mərkəzi xəstəxanaya çatdırılıb. 

Hadisə Masallı rayonunun Viləş kəndi ərazisində baş verib. Viləş kənd sakini 47 yaşlı Ceyhun Fərəcov qoyun otarmaq üçün örüşə gedərkən iki itin hücumuna məruz qalıb. İtlər onun bədəninin müxtəlif nahiyələrindən dişləyiblər. Ceyhun Fərəcov aldığı xəsarətlərdən ölüb.

Sonra itlər Ceyhuna köməyə gedən Musa Kazımova hücüm ediblər. Bu zaman Musa tanışı Elməddinə zəng edib və itlərin hücumuna məruz qaldığını ona deyib. Sükan arxasında olan Elməddin maşını deyilən istiqamətə sürüb və əlində olan kiçik bıçaqla Musaya kömək etməyə çalışıb.

Hər iki yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.  Xəstəxananın poliklinika şöbəsindən bildirdilər ki, yaralılar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Ceyhun Fərəcovun ilkin ehtimala görə it dişləməsindən ölməsi, digər iki şəxsin isə it dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşətli qəza: Ölən şəxs görün kimdir
Əməkdar artist Zemfira Nəcəfova vəfat edib
Sabah 35 dərəcə isti gözlənilir - PROQNOZ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı