"PAŞA Holdinq" Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı həlak olan və yaralanan şəxslərə dəstək göstərib.
OXU24.COM "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hücüm zamanı həlak olan Orxan Əsgərovun ailəsinə, eləcə də yaralanan Mahir İmanova 50.000 AZN, terrorçunun qarşısını alaraq yaralanan Vasif Tağıyevə isə mebel ilə təchiz edilmiş yeni tikilidə mənzil təqdim edib.
"Hadisə zamanı həlak olan Orxan bəyə Allahdan rəhmət, ailəsinə səbir, yaralanmış həmvətənlərimizə şəfa diləyirəm" - deyə, "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov əlavə edib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Hücum zamanı səfirliyin mühafizə rəisi Orxan Əsgərov həlak olub, 2 əməkdaşı isə yaralanıb
.
Oxu24.com
ŞƏRHLƏR