Paytaxt sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə müraciət edərək bildirib ki, yetkinlik yaşına çatmayan övladı müştəri kimi əyləşdiyi taksidə olan zaman sürücü uşağa qeyri-etik təkliflər edib.
Bu barədə DİN-in mətbuat xidmətindən xəbər verilib.
Məlumatda bildirilir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində həmin taksi sürücüsü - Abdulağa Mustafayev saxlanılıb.
Araşdırma zamanı sürücünün narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu və qeyri-etik təklifi narkotikin təsiri altında etdiyi müəyyən edilib.
Abdulağa Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Abdulağa Mustafayev 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Oxu24.com
ŞƏRHLƏR