Rusiya və Ukrayna arasında davam edən müharibədə federal hökumətin Ukraynaya silah tədarükünü dayandırmaq üçün Almaniya kampaniyasında yüz minlərlə insan iştirak edib.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Sol Partiyasının deputatı Sahra Vaqenknext və jurnalist-yazar Alice Şvarzerin change.org saytında “Sülh Manifestosu” başlığı ilə başlayan petisiyaya 600 mindən çox insan imza atıb.
Bəzi siyasətçilər, sənətçilər, jurnalistlər və politoloqlar petisiyanı ilk imzalayanlar sırasındadır.
Wagenknecht və Schwarzer tərəfindən yazılan məqalədə, münaqişələr bu şəkildə davam edərsə, Ukrayna əhalisinin azalacağını və viran olmuş bir ölkəyə çevriləcəyini bildirərək, "Avropada bir çox insan müharibənin yayılmasından qorxur”,- deyə bəyanatda qeyd edilir.
Məqalədə bildirilib ki, Ukrayna Qərbin dəstəyi ilə bəzi döyüşlərdə qalib gələ bilər, lakin dünyanın ən böyük nüvə gücünə qarşı müharibədə qalib gələ bilməz.
Danışıqların təslim olmaq deyil, yüz minlərlə ölümün qarşısını almaq üçün hər iki tərəfə güzəştə getmək mənasına gəldiyinə diqqət çəkən məqalədə Almaniya kansleri Olaf Şolzdan Ukraynaya silah göndərilməsini dayandırmasını, atəşkəs və sülh danışıqlarını dayandırmasını istəyən güclü ittifaqın olduğu bildirilir.
Məqalədə itirilmiş hər bir günün bir çox insanın həyatı bahasına başa gəldiyini vurğulayan “Bu, bizi üçüncü dünya müharibəsinə bir az da yaxınlaşdırır”. ifadəsindən istifadə edilib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR