İsrailin baş naziri Benyamin Netanyahu son həftələrdə İranın nüvə proqramı ilə bağlı beş gizli müzakirə aparıb.
Nəticədə İsrailin İrandakı nüvə obyektlərinə hücuma hazırlıq səviyyəsinin əhəmiyyətli dərəcədə artırılması qərara alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Müzakirələrdə müdafiə naziri Yoav Qalant, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi, Mossad-ın rəhbəri David Barnea, Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzachi Khanegbi və digər rəsmi şəxslər iştirak ediblər.
Kanal 12-nin məlumatına görə, Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenə, Bayden administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivana və Fransa prezidenti Emmanuel Makrona deyib ki, Qərb ölkələri İranın nüvə proqramının inkişafının qarşısını ala bilməsə, İsrail hərəkətə keçmək məcburiyyətində qalacaq.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR