19 fevralda Ermənistan hərbi hissələrindən birində xidmət edən Ayk Aramoviç Petrosyanın ölümü ilə bağlı təfərrüat ortaya çıxıb.
OXU24.COM Axar.az-a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi A.Petrosyanın Tavuş vilayətindəki mövqelərdən birində öldüyünü açıqlayıb.
Məlum olub ki, 19 fevral saat 12:45-də Petrosyan döyüş mövqeyində başından güllə yarası alaraq ölüb. İlkin məlumata görə, o öz avtomatından açdığı atəşlə intihar edib.
"Hərbi qulluqçunu təhqir etmək, tabeliyində olan şəxsə qarşı zor tətbiq etmək və ya zor tətbiq etməklə hədələmək, habelə ehtiyatsızlıqdan hərbi qulluqçunun intiharına səbəb olmaqda şübhəli bilinən yüksək rütbəli, müqavilə əsasında işləyən hərbi qulluqçu saxlanılıb", - İstintaq Komitəsindən qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR