Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8315
az

Qadınlarda sidik qaçırmanın xalq təbabəti vasitələri ilə müalicəsi

22:2126 Dekabr, 2018
1056
TİBB
  • A
Sidik qaçırma əsasən qadın problemi sayılır. Sidiyi saxlaya bilməmək halı həyat üçün təhlükəli olmasa da ciddi tibbi-sosial və psixoloji bir problemdir.

Bu problem qadınların həyat və iş ritminə çox pis təsir edir, bu vəziyyətə alışmaq əksər hallarda çox çətin olur və ya mümkün olmur. Qeyri-iradi sidik ifrazı əsəb sisteminə islaholunmaz zədələr vurur.  Xəstəlik bəzən çox ciddi psixi və emosional pozuntularla müşahidə olunur ki, nəticədə sosial dezadaptasiyaya (cəmiyyətdən qaçmağa, təcrid olunmağa) gətirib çıxara bilər:

Qadınlarda sidik qaçırma dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı, habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur. Statistika göstərir ki, 30 yaşdan sonra hər 3 qadından biri bu problemlə üzləşir. Təəssüf ki, qadınların əksəriyyəti bu haldan utanaraq həkimə müraciət etmir.

Bu pozulmanın əsas səbəblərindan biri sidik kisəsinin və sidik yollarının xroniki iltihablarıdır.    

Xalq təbabətində bu pozulma ilə mübarizə etmək üçün bir çox vasitələr var.

Oxu24.com saglamolun.az-a istinadən belə vasitələrdən bəzilərini təqdim edir.

1. Bağayarpağı dəmləməsi

1 x.q. quru bağayarpağı otunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin, süzün. Gün ərzində 2 dəfə yarım stəkan olmaqla için. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin.

2. Qatırquyruğu dəmləməsi

1 x.q. quru qatırquyruğu otunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin, süzün. Gündə 2 dəfə yarım stəkan olmaqla için. İçəndə bal əlavə edəin.

3. Darçın dəmləməsi

1 darçın çubuğunu xırda doğrayın, üzərinə 1 stəkan qaynar su tökün, zəif odun üzərinə qoyun, qaynara düşəndə qırağa qoyun, soyudun, gündə 2 dəfə yarım stəkan olmaqla için.

4. Razyana dəmləməsi

1 x.q. razyananın üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə dəmləyin, süzün. Gündə 2 dəfə yarım stəkan olmaqla için.

Təbii ki, bütün digər xalq təbabəti vasitələri kimi, sadaladığımız vasitələr də pozulmanın yalnız ilkin mərhələlərində kömək edə bilər.

Sidik qaçırmanın hallarını azaltmaq üçün həmçinin qəhvə və çayın qəbulunu minimuma azaltmaq, artıq çəkidən xilas olunmaq, qəbizliyi (varsa) müalicə etmək, fiziki aktiv olmaq lazımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...
Məktəblilər arasında yayılan
Onkoloji xəstəlik riskini azaltmağın ÜÇ YOLU

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib