Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83149
az

Azərbaycanda tikilən binalar neçə ballıq zəlzələyə davamlıdır? - RƏSMİ CAVAB/VİDEO

21:1421 Fevral, 2023
247
CƏMİYYƏT
  • A

''Son illər ölkəmizdə tikilən çoxbərtəbəli binalar dövrün tələblərinə tam cavab verir. Hətta 8-9 ballıq zəlzələyə belə davamlıdır''.

OXU24.COM xəbər verir ki, bu sözləri Xəzər TV-yə müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseyinli deyib.

Onun sözlərinə görə, Türkiyədə baş vermiş zəlzələdən sonra Bakı sakinləri arasında narahatlıq yaranıb. Ancaq bu narahatlığa heç bir lüzum yoxdur.

Bəs son illərdə həm yeni, həm də köhnə binaların vəziyyəti yoxlanırmı?

Təyyar Hüseynli deyir ki, mütəmadi olaraq monitorinqlər aparılır. Hətta bir neçə il əvvəl istismar aktı verilmiş binalarda da təkrar yoxlama aparmaq mümkündür. Dayaqlarında hər hansı bir nöqsan aşkar edilən və ya qəzalı vəziyyətə düşən binaların siyahısı hazırlanıb rayon icra hakimiyyətləri ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir. Bəs yeni inşa edilən binaların zəlzələyə davamlılığı necə yoxlanır?

Bildirilib ki, bina tikintisində keyfiyyətli materiallardan istifadə olunması da çox önəmlidir. Bina tikilməzdən əvvəl orda istifadə edilən beton və armaturlardan nümunələr götürülərək laboratoriyada yoxlanır. Müsbət rəy verildikdən sonra tikintiyə icazə verilir.

Tikinti norma və qaydalarındakı tələblərdən biri də binada hər bir mənzilə gün ərzində 2 saat günəş işığının düşməsidir. Ötən il Bakıda səkkizmərtəbəli binanın 21 mənzilinə günəş işığı düşmədiyindən o layihə geri qaytarılıb və tikintiyə icazə verilməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Jirinovskinin bütün proqnozları özünü doğruldur” - Putin

ŞOK ARAŞDIRMA -Bu bitkidə "göz" tapıldı
Bəzi ərazilər zülmətə qərq olacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib