Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83127
az

“Narkotiki 10 manata almışdım” - “Daqqılı”nın ifadəsi

16:2321 Fevral, 2023
100
CƏMİYYƏT
  • A

Narkotik vasitə istifadəsinə görə həbs edilən "Daqqılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərovun ifadəsi məlum olub.

OXU24.COM  xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ağdamın Muğanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonunda yaşayan 31 yaşlı Z.Cəfərov ifadəsində narkotik maddəni 10 manata aldığını deyib: "1 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişəm. Narkotik vasitəni Hövsan qəsəbəsində tanımadığım şəxsdən 10 manata almışdım. İstifadəsində şübhəli bilindiyimdən müayinə üçün narkoloji dispanserə aparıldım və müayinə nəticəsində narkotik və psixotrop maddələrdən istifadə etməyim aşkar edildi. Törətdiyim əməldən peşmanam və bir daha belə hala yol verməyəcəyimə söz verirəm".

Məhkəmə qərarına əlavə edilmiş ekspertiza rəyində eyni zamanda Z.Cəfərovun qanında tapılan maddənin adı da açıqlanıb.

Xətai Rayon Məhkəməsinin 20 fevral tarixli qərarı ilə Z.Cəfərova 15 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, DİN-nin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo"ya bildirib ki, musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup "Tik-tok" istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə polis orqanlarına müraciət edib. Müraciət əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar. Onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil