Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83074
az

Bakının bu rayonunda havada dəm qazı normadan çoxdur

12:0720 Fevral, 2023
244
CƏMİYYƏT
  • A

“Fevralın 20-də səhər saatlarında Bakı şəhərinin Səbail, Nizami, Nərimanov rayonları və Sumqayıt şəhəri ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub. Lakin Xətai rayonunda dəm qazı normadan 1.6, Gəncə şəhərində isə azot-4 oksid normadan 1.3 dəfə yüksək qeydə alınıb”.

Oxu24.com  xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) atmosfer havasının 20 fevralda gözlənilən keyfiyyəti ilə bağlı açıqlamasında bildirilib.

“Aparılan təhlillərin nəticələri göstərir ki, sözügedən ərazilərin atmosfer havasının digər ərazilərdən fərqli olaraq daha çox çirklənməyə məruz qalmasının səbəbi həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, eyni zamanda, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərdir”, - deyə rəsmi məlumatda vurğulanıb.

Qeyd edilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Abituriyent imtahandan çıxarıldı - Onlara xüsusi aparat satan şəxs həbs olundu
Pirotexniki vasitələr satan daha bir şəxs saxlanıldı
Abşeronda yük maşını yandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı