Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83065
az

Boşanma zamanı ipotekada olan əmlak necə bölünür?

15:2517 Fevral, 2023
199
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu boşanma zamanı ipotekada olan mənzilin taleyi ilə bağlıdır.

 

Ailə Məcəlləsinə görə, nikah müddətində ər və arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nigah pozulduqda tərəflərdən birinin ərizəsi ilə ümumi əmlak bölünür. Məsələn, kişi və yaxud qadın nigah müddətində özlərinə mənzil alıblarsa, bu mənzil onlardan hansının adına olması nəzərə alınmadan bölünür.

Bununla belə, müasir dövrdə əmlaklar, xüsusilə də mənzillər təkcə nağd ödənişlə əldə olunmur, həm də ipoteka kreditləşməsi yolu ilə alınır. Bəs boşanma zamanı ipotekada olan əmlak necə bölünür?

Hüquqşünas Əkrəm Həsənov deyir ki, ipoteka ilə alınmış mənzil ər və arvadın birgə mülkiyyəti hesab olunursa, boşanma zamanı bərabər şəkildə bölünməlidir: "Tutaq ki, mənzil kişinin mülkiyyətindədir, 25 illik ipoteka krediti ilə alınıb və bunun 5 illik hissəsi evlilik müddətində ödənilib. Bu zaman yerdə qalan 20 ilin borcunu hər iki tərəf bərabər şəkildə ödəməlidir. Amma qadın bu borcu ödəməkdən imtina edərsə, kişi həmin 5 il ərzində ödənilən məbləğin və ipoteka kreditinə görə verilmiş ilkin ödənişin 50 %-ni qadına qaytarmalıdır. Çünki mənzil onların evli olduğu vaxtda alınııbsa, belə hesab olunur ki, onlar ilkin ödənişi və 5 ilin kredit borcunu birlikdə ödəyiblər. Bundan sonra kişi yerdə qalan 20 illik borcu özü ödəməli və yekunda ev ona qalmalıdır. Əgər kişi qadına bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə mənzildən qadına həmin məbləğə müvafiq pay verməlidir. Tutalım, bu 5 il ərzində ödənilən məbləğin qadına çatacaq olan 50 %-i mənzilin qiymətinin onda bir hissəsidir. Bu zaman məhkəmə evin onda bir hissəsini qadına verə bilər. Eyni zamanda onlar məhkəmə yolu mənzili satışa da çıxara bilərlər. Bu zaman qadının payı satışdan əldə edilən məbləğdən ona ödənilir".

Onun sözlərinə görə, hər iki tərəf qalıq borcu ödəməkdən imtina edərsə, bank ipotekaya xitam verərək mənzili satışa çıxara bilər: "Satışdan əldə edilən məbləğlə bankın borcu bağlanacaq, bundan sonra qalıq vəsait olarsa, həmin vəsait ər və arvad arasında yarı bölünəcək. Adi halda da ipoteka yolu ilə satılan mənzillər üzrə bankın krediti qaytarılmırsa, bank vətəndaşı məhkəməyə verir, məhkəmə yolu ilə mənzil hərraca çıxarılır. Mənzil satıldıqdan və bankın borcu bağlandıqdan sonra heç bir vəsait qalmırsa, bu o deməkdir ki, evin qiyməti əvvəlki kimi deyil. Hətta nəzəri baxımdan ola bilər ki, mənzil daha aşağ qiymətlə satılar, bankın borcu tam bağlanmaz. Bu zaman qalan borcu tərəflər yarıbayarı ödəməlidir. Onlar bunu ödəməkdən imtina edə bilməzlər”.

“Boşanmaq üzrə olan cütlüyün övladı varsa, boşanma prosesində və yaxud boşanmadan sonra uşağın valideynlərdən hansı ilə qalmasının əmlak bölgüsünə təsiri yoxdur”, - deyə Ə.Həsənov fikrini tamamlayıb.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO