Oxu24.com oxuculara hüquqi yardım layihəsini təqdim edir.
Bu dəfə təqdim etdiyimiz mövzu inzibati sahədə edilən xəbərdarlıqla bağlıdır.
Məcəllənin 24-cü maddəsində bununla bağlı məlumat verilir.
24.1. Xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.
24.2. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR