Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82999
az

Laçın-Xankəndi yolu: Ekoaksiya davam edir

22:0118 Fevral, 2023
167
CƏMİYYƏT
  • A
Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 69-cu gün gecə saatlarında da vətənpərvərlik ruhunda davam edir.
 
OXU24.COM  AZƏRTAC-a istinadən bildirir ki, aksiya iştirakçıları fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi məqsədilə şüarlarını davam etdirirlər.
 
Hazırda aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
 
Onların ilk gündən olduğu kimi, şüarları dəyişməz olaraq qalır: "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır", "Azərbaycan vahiddir, sərvətinə sahibdir", "Ekoloji cinayətə son", "Stop ecocide", "Stop Mining", "Берегите природу", "Экоциду нет, Мониторингу да".
 
Azərbaycanın təbii sərvətlərinin istismarı və talanmasına etiraz edən aksiya iştirakçıları günlərdir ki, yüksək əzmkarlıq və qətiyyət nümayiş etdirirlər. Ərazi humanitar məqsədlər üçün tam açıqdır, nəqliyyat vasitələrinin sərbəst hərəkətinə heç bir maneə yoxdur. Könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını qətiyyətlə tələb edirlər. Erməni mediasında yayımlanan saxta xəbərlərə görə, guya etirazçılar Laçın-Xankəndi yolunu blokadaya alıblar. Halbuki aksiyanın başladığı ilk gündən təcili yardım maşınları, mülki şəxslər buradan sərbəst şəkildə hərəkət edə bilirlər.
 
Gün ərzində Rusiya sülhməramlılarına məxsus 74 avtomobil aksiya ərazisindən sərbəst keçib. Bu da onu göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan bütün məlumatlar həqiqəti əks etdirmir. Adəti üzrə onların yaydığı belə məlumatlar anti-Azərbaycan ruhlu növbəti avantüradır.
 
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "Azer Gold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç vəkil cəzalandırıldı
Metropolitenin yeni rəisi kimdir? -DOSYE
“Jirinovskinin bütün proqnozları özünü doğruldur” - Putin

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib