Sual: Mən elə vərdiş etmişəm ki, qüsl edərkən hamamda çox qalıram. Başqa sözlə, qüsl etdiyim vaxt vahimələnirəm və mənə elə gəlir ki, hələ təmizlənməmişəm. Buna görə də təzədən qayıdıb yuyunuram. Sualım budur ki, belə bir səbəbə görə hamamda çox qalmaq günahdır? Ümumiyyətlə, qüsl üçün hamamda nə qədər qalmaq lazımdır?
Cavab: Qüsl edərkən vahiməyə düşmək şeytan vəsvəsəsidir. Bundan yaxa qurtarmaq üçün əuzu-bəsmələ çəkməli, Fələq və Nas surələrini tez-tez oxumalı və təmizləndikdən sonra dərhal hamamdan çıxmalısınız. "Mənim qüslüm düz olmadı" kimi vəsvəsələrə qətiyyən fikir verməyin. Ancaq o vaxt şeytana qalib gələ bilərsiniz.
Oxu24.com
ŞƏRHLƏR