Türkiyədə zəlzələdə ölənlərin sayı 40642 nəfərə çatıb.
Oxu24.com xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib.
Onun sözlərinə görə, 80 ölkə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib: “Onlardan bəziləri işini yekunlaşdırıb".
Y.Sezer bildirib ki, vətəndaşlara müvafiq qaydada maddi dəstək göstərilir: “Hər ailəyə 10 min lira veririk. Məqsədimiz zəlzələdən zərərçəkmişlərə qismən də olsa dəstək olmaqdır”.
O, həmçinin axtarış-xilasrtmə tədbirlərinin davam etdiyini xatırladıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR