Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82948
az

"Şiə nə olan şeydir?" - Şeyx Əbdül

20:5417 Fevral, 2023
339
SİYASƏT
  • A

 

“Bu gün 11-12 yaşında narkoman olanların içərisində qız uşaqları da var. Bunu sizə əminliklə deyirəm. Allah İranı dağıtsın, xaraba qoysun. Bütün bu zibillər oradan gəlir. Onların işi həmişə təxribat, xəyanət, narkomaniya, ara qızışdırmaq olub. Onlar tarixən həmişə belə olublar...”

Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Ölkədə hətta azyaşlı uşaqların da narkomaniya bəlasına düçar olduğunu bildirən kinorejissor bunun səbəbkarının məhz İran olduğunu deyib:

“Əvvəla onlar şiə-sünni məsələsini ortaya atmaqla müsəlman dünyasına xəyanət etdilər. Şiə nə olan şeydir? Açın Quranda göstərin görək hansı ayədə sünni-şiə söhbəti gedir? Şiə adı ilə narkotik alveri edən İran bu gün Azərbaycanı narkotik məskəninə çevirib. Onların bizə ən böyük xəyanəti məhz budur. Bu gün bu narkotiklər məscidlərdə idarə olunur, Azərbaycanda dinə xidmət edən rayonlardakı bəzi adamların vasitəsilə gəlir. Bir qrup şiə adamlar İslam dünyasına qarşı təxribat təşkil edirlər. Bu faktdır”.

Onun sözlərinə görə, sərhəddə Azərbaycana narkotik maddə keçirmək istəyənlər sərt şəkildə cəzalandırılmalıdır:

“Sərhəddə əli avtomatlı oğullarımız var. Hər axşam efirdə görürəm ki, Azərbaycana narkotik keçirmək istəyən bir dəstə adam saxlanılır. Onlar kisə-kisə narkotik keçirməyə çalışanda saxlanılırlar. Niyə hamısını güllənin ağzına vermirlər?!

İrandan Azərbaycana cığırlarla, məxfi yollarla, meşələrlə narkotik keçirmək istəyirlər. Bunu edən də hər iki tərəfdən olan bələdçi şəxslərdir. Bu olmasa, hər dəfə tonlarla narkotik maddə necə ölkəyə gəlir? Bu məsələdə dövlətin çox ciddi qanunu olmalıdır. O şəxslər elə sərhəddəcə güllələnməlidir. Müharibə qanunları var. Bu təxribatla vuruşmaq, cəbhədə vuruşmaqdan qat-qat çətindir. İran vətəndaşı narkotiki özbaşına gətirmir ki, ona Azərbaycanda yol göstərən, iş verən adamlar var, onlar tapılmalıdır. Ölkəyə narkotikin gətirilməsinə kömək edən hər bir şəxs ən ağır cəzanı almalıdır!”

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağstafada 7 qardaş bir gündə sünnət edildi - VİDEO
Kiyev teleqülləsi vuruldu - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı