Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82937
az

Morton nevroması - pəncədə ağrıların səbəbi

17:4017 Fevral, 2023
108
CƏMİYYƏT
  • A

Bu kifayət qədər yayılmış pozulmadır. Əksər hallarda qadınlarda inkişaf edir.

Uzun müddət, hətta uzun illər ərzində xəstə özündə bu xəstəliyin inkişafından bixabər ola bilər. Xəstə ayağın alt hissəsində narahatçılıq, ağrılar, yad cismin olmasını hiss edir, lakin buna əhəmiyyət vermir, digər səbəblərlə izah edir, xəstəlik isə inkişaf etməyə davam edir.

Morton nevroması (digər adlar - Morton nevrinoması, pənsə nevroması, Morton xəstəliyi) zamanı müxtəlif səbəblərə görə 3-cü və 4-cü (nadir hallarda - 2-ci və 3-cü) ayaq barmaqları arasında keçən sinir iltihablaşır, böyüyür, şişir. Ətrafdakı toxumalar və sümüklər sinirə təzyiq etməyə başlayır ki, pəncədə ağrılar və digər xoşagəlməz hisslər inkişaf edir. Morton nevroması adətən bir ayaqda müşahidə olunur.

Morton nevromasının səbəbləri:

- yastıpəncəlik

- pəncə travmları (sınıqlar və s.)

- həddindən artıq yükləmələr (məsələn, idmançılarda)

- çox dar ayaqqabıların geyinilməsi

- burnu nazik olan hündürdaban ayaqqabıların geyinilməsi

- pəncə şişləri.

Simptomlar:

Xəstəliyin əvvəlində xəstələr dar ayaqqabı geyindikdə pəncələrdə keyimə, ağrılar, yandırma, barmaqların arasında yad cismin olmasını hiss edir. Xəstəlik inkişaf etdikcə ağrılar daimi olur, xəstəni bütün gün ərzində, hətta gecələr narahat edir, ayaqqabının növündən asılı olmur. Morton nevromasının xarakterik xüsusiyyəti - pəncənin sıxılması zamanı ağrıların artmasıdır.

Xəstəliyin diaqnozu USM və ya MRT zamanı qoyulur.

Xəstəliyin müalicəsi konservativ və cərrahi üsullarla həyata keçirilir.

Konservativ müalicə zamanı xüsusi ortopedik supinatorlar və ya ortopedik ayaqqabılar istifadə olunur. Xəstə dar, burunu nazik olan hündürdaban ayaqqabı geyinməməlidir. Ağrıların azaldılması üçün xüsusi iltihabəleyhinə preparatlar, yerli anestetiklər (barmaqların arasında olan məsafəyə inyeksiya vurulur) istifadə olunur.

Konservativ müalicə effekt vermədikdə, ağrılar xəstəni çox narahat etdikdə, cərrahi müalicə tətbiq edilir - sinirin iltihablaşmış hissəsi xaric olunur. Əməliyyat aztravmatik üsullarla həyata keçirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı