Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82921
az

Azərbaycanda uşaqlar arasında yayılan virusların adı açıqlanıb

14:4817 Fevral, 2023
353
TİBB
  • A

Azərbaycanda uşaqlar arasında yayılan virus infeksiyalarının adı açıqlanıb.

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun (OMD) baş həkimi Azər Əhmədov “Report”a müsahibəsində bildirib ki, bu il ölkədə uşaqlar arasında mövsümi xəstəliklərə rast gəlinir.

O qeyd edib ki, əvvəlki illərlə müqayisədə ötən ilin noyabr ayından sanki xəstə sayında artım müşahidə edilib: “Təbii ki, həmin xəstəliklərin hamısı da bildiyimiz virus infeksiyalarıdır. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır. İlk dövrlərdə uşaqlar arasında respirator sinsitial virus dediyimiz infeksiya çoxluq təşkil edirdi. Bunu daha sonra qrip kimi tanıdığımız “İnfluenza” virusu əvəzlədi. Daha sonra az sayda adenavirus, Epstein-Barr virusu (EBV) gösrək də daha çox bakterial infeksiyaların A qrupundan olan Beta hemotilik streptokok dediyimiz boğaz infeksiyası yayıldı. Bu, 5 yaşdan yuxarı uşaqlarda daha təhlükəli fəsadlara yol aça bilir. Bu fəsadlara ciddi revmatizm, ürək zəifliyi aiddir. Hazırda həmin infeksiyalara az-az da olsa, rast gəlinir. Lakin yoluxma hallarının azalmasını müşahidə edirik. Bu da təbiidir. Çünki payız-qış mövsümünün bitməsinə yaxınlaşırıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib