Cümə günü Cənubi Afrika, Rusiya və Çin birgə dəniz təlimlərinə başlayır.
Oxu24.com xəbər verir ki,BBC-nin məlumatına görə, 10 gün davam edəcək manevrlər Rusiyanın Ukraynaya təcavüzünün ildönümünə təsadüf edir və artıq ABŞ-ın tənqidinə səbəb olub.
Fevralın 17-dən etibarən Hind okeanında Cənubi Afrika sahillərində keçiriləcək təlimdə Cənubi Afrika Milli Müdafiə Qüvvələrinin 350 hərbi qulluqçusu iştirak edəcək.
Moskva bu yaxınlarda istismara verilmiş "Tsirkon" hipersəs gəmi əleyhinə raketləri daşıyan Şimal Donanmasının "Admiral Qorşkov" freqatı təlimə göndərib.
BBC qeyd edir ki, Cənubi Afrika Müdafiə Qüvvələri təlimlərə o qədər də açıq deyil.
ABŞ-da Rusiyanın iştirakı ilə keçirilən təlimlər narazılıqla qarşılanır. “ABŞ Rusiyanın Ukraynaya qarşı amansız müharibə apardığı bir vaxtda Rusiya ilə təlim keçirən hər hansı bir ölkənin narahatlığını ifadə edir”, - Ağ Evin yanvar ayında yaydığı bəyanatda deyilir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR