Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətin elanı zamanı viruslardan qorunması lazımi səviyyədə təmin ediləcək.
Oxu24.com-un xəbərinə görə bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Putin lazımi səviyyədə müdafiə olunacaq" -deyə Peskov bildirib.
Peskov vurğulayıb ki, “bütün zəruri sanitar və epidemioloji təhlükəsizlik tədbirləri görülür”.
Bəzi parlamentarilərin xəstəlik məzuniyyətində olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Kremlin sözçüsü deyib ki, “insanlar xəstələnirsə, evdə qalmaq və xəstələnmək lazımdır, bu, tamamilə normaldır”.
"Əlbəttə, xəstələnib kiməsə yoluxmaq daha pisdir" - deyə Peskov bildirib.
Tərcümə Nigar
Oxu24.com
ŞƏRHLƏR