Qazaxıstanın Türkiyə üçün humanitar yardımı Qaziantep şəhərinə yola düşüb.
Oxu24.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.
Bildirilib ki, fəlakət zonasına çadırlar, qızdırıcılar, isti geyimlər və digər zəruri əşyalar göndərilib.
Qeyd olunub ki, humanitar yardımın ümumi həcmi 55 tondur.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR